CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn ay ölkədə 4 gün ardıcıl iş olmayacaq

Baş nazirin imzaladığı sənədə əsasən, noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Azərbaycanda =noyabr ayında 4 gün ardıcıl iş olmayacaq. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.