BAKI, 18 oktyabr — Sputnik. Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş X sinif dərsliyinin son 3 bölməsinin təhlili olub. Dərslikdəki yeniliklər, dəyişikliklər təhlil edilib.
2023-cü ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında dərslikdəki yeniliklər nəzərə alınmayacaq.
Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliyin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə ediblər.
Qeyd edək ki, növbəti iclasda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı proqramları müzakirə ediləcək.