BAKI, 18 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 102 516,1 min ABŞ dolları dəyərində 16 552 772,27 min kubmetr təbii qaz ixrac edib.
Hesablamalara görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 10,9%, dəyəri isə 4,1 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.
Qeyd edək ki, ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.
(APA)