HƏRBİ

Tabor komandirləri arasında yarış keçirilib

Yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. 2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Tabor komandirləri arasında yarış keçirilib
Yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tabor komandirləri arasında yarış keçirilib
Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər "Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri" adına layiq görülüblər.