RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya ordusu Xerson istiqamətində hücuma imkan verməyib

Xüsusi əməliyyat başlayandan bəri Rusiya hərbçilərinin qarşı tərəfin 5855 tank və digər zirehli döyüş texnikasını darmadağın etdiyi bildirilir.
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Rusiya hərbçiləri Xerson vilayətinin Bruskinski ərazisi yaxınlığında müdafiəni dağıtmağa cəhd edən 100-dən çox Ukrayna əsgərini və 13 zirehli texnikanı məhv ediblər. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya qoşunları Nikolayev-Krivoy Roq istiqamətində Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Bruskinski qəsəbəsi ərazisində müdafiəni dağıtmaq cəhdinin qarşısını alıblar", - deyə nazirlik qeyd edib.
O da qeyd olunub ki, döyüş əsnasında yüzdən çox Ukrayna hərbçisi, 13 zirehli döyüş maşını və səkkiz avtomobil məhv edilib.
Rusiya Müdafiə Nazirliyi onu da qeyd edib ki, Rusiya artilleriyası Ukraynanın “Smerç” reaktiv yaylım atəş sisteminin (RYAS) və ABŞ-ın M777 haubitsalarına zərbələr endirib.
“Əks-batareya döyüşü çərçivəsində Kazaçya Lopan qəsəbəsi ərazisində Ukraynanın “Smerç” reaktiv yaylım atəş sistemlərinin batareyası, həmçinin Xarkov vilayətinin Metallovka yaşayış məntəqəsi ərazisində ABŞ-ın M777 haubitsalarının batareyası məhv edilib”, - deyə Rusiya hərbi idarəsinin bəyanatında deyilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, xüsusi əməliyyat başlayandan bəri Rusiya hərbçiləri 5855 tank və digər zirehli döyüş texnikasını darmadağın edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 323 təyyarə, 161 helikopter, 2256 pilotsuz uçuş aparatı, 380 zenit-raket kompleksi, 5855 tank və digər zirehli döyüş maşını, 871 reaktiv yaylım atəşi döyüş maşını, 3484 sahə artilleriyası və minaatan, həmçinin 6610 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb”, - deyə nazirliyin məlumatında deyilir.
Bildirib ki, Rusiya Silahlı Qüvvələri Lisıçansk istiqamətində Ukrayna qoşunlarının hücumunun qarşısını alıb və onları əvvəlki vəziyyətlərinə qaytarıb.
"Lisiçansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin batalyon taktiki qrupu “Donetsk Xalq Respublikası”nın Strepovka yaşayış məntəqəsi istiqamətində uğursuz hücuma cəhd edib. Rusiya qoşunlarının fəal hərəkətləri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri başlanğıc xəttinə geri qaytarılıb. 50-dən çox ukraynalı hərbçi, altı tank, iki zirehli döyüş maşını və dörd pikap məhv edilib”, - deyə Nazirlikdən bildiriblər.