AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mehriban Əliyevadan Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktlarına dair paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə səhifəsində paylaşım edib
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi səhifəsində Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan paylaşımı təqdim edir:
"Erməni terrorizminə son! Стоп армянскому терроризму! Stop Armenian terrorism!".
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistan silahlı qüvvələrinin 5-ci raket hücumundan iki il ötür. Bu hücum nəticəsində 15 nəfər həlak olub, 79 nəfər yaralanıb.
Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb.
VİDEO
Ermənistan Gəncə hadisələri ilə bağlı mövqe nümayiş etdirmək tələbinə məhəl qoymur - XİN