BAKI, 17 oktyabr - Sputnik. “Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Bu sözləri Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Leyla Abdullayeva tviterdə yazıb.
“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - səfir qeyd edib.
Qeyd edək ki, bu gün Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, Leyla Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi idi.
Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Əslən Quba rayonu Uzunmeşə kəndindəndir.