MƏDƏNİYYƏT

Günlərdir müzakirə olunan heykəl harada ucaldılıb?

Nazirlikdən verilən xəbərə görə, bildirilib ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Bir neçə gündür ki, müxtəlif sosial şəbəkələrdə guya şair Molla Pənah Vaqifin heykəlinin Şuşada qoyulması ilə bağlı video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial media istifadəçiləri heykəlin Şuşada ucalmasına qarşı çıxıb. Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə müzakirə olunan heykəllə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən verilən xəbərə görə, bildirilib ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil.
Bəzi KİV-lərdə sözügedən heykəlin Şuşada deyil, Lerikdə ucaldıldığı bildirilir. Məlumatda qeyd olunur ki, abidə dahi Azərbaycan şairinin Nəsiminindir. Digər məlumatda isə heykəlin Lənkəaranda ucaldıldığı qeyd olunub.
Məsələ ilə bağlı Lerik və Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sözügedən qurumlardan bildirilib ki, həmin bölgələrdə heykəl ucaldılmayıb.