CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncənin raket atəşinə tutulmasından iki il ötür

Mənfur düşmənin Ermənistan ərazisindən raket hücumu nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından iki il ötür.
Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində mənfur düşmənin Ermənistan ərazisindən raket hücumu nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib.
Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.