DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin öz daxili bazarını təmin etmək üçün Avropaya MTQ tədarükünü qadağan edib

Çinin inkişaf və islahatlar üzrə Milli Komissiyası "PetroChina Co", "Sinopec" və "Cnooc Ltd." şirkətlərinə resursları daxili istifadə üçün saxlamağı əmr edib.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Çin hakimiyyəti ölkədə istilik mövsümünü təmin etmək üçün ölkədəki iri dövlət şirkətlərinə mayeləşdirilmiş təbii qazı Avropa və digər Asiya ölkələrindəki alıcılara təkrar satmağı qadağan edib. Bu barədə "Bloomberg" yazıb.
Materialda deyilir ki, inkişaf və islahatlar üzrə Milli Komissiya "PetroChina Co", "Sinopec" və "Cnooc Ltd." şirkətlərinə resursları daxili istifadə üçün saxlamağı əmr edib. Dövlət şirkətləri və tənzimləyici hələlik bu məlumatı şərh etməyiblər.
Bununla yanaşı, "Bloomberg"in mənbələri hesab edir ki, Pekinin bu cür addımları Avropaya mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünün azalmasına və orada enerji böhranının kəskinləşməsinə gətirib çıxara bilər.
Bundan əvvəl KİV Rusiya Federasiyasından tədarükün dayandırılacağı təqdirdə Avropadakı qaz ehtiyatlarının 2023-cü ilin yanvarında bitə biləcəyini yazmışdı. "Qazprom" hesab edir ki, mavi yanacağa qiymət tavanının tətbiqi tədarükün dayandırılmasına səbəb olacaq.
DÜNYA XƏBƏRLƏRİ
Si Tszinpin: "Çin heç vaxt sərhədlərini genişləndirməyəcək"