DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Si Tszinpin: "Çin heç vaxt sərhədlərini genişləndirməyəcək"

Çin lideri vurğulayıb ki, ölkəsi müstəqil və sülhsevər xarici siyasətə qətiyyətlə tərəfdardır.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Çin heç vaxt hegemon kimi çıxış etməyəcək və sərhədlərini genişləndirməyəcək.
APA xəbər verir ki, bunu Çin Kommunist Partiyasının 20-ci Qurultayının açılış mərasimində Çin sədri Si Cinpin deyib.
Çin lideri vurğulayıb ki, ölkəsi müstəqil və sülhsevər xarici siyasətə qətiyyətlə yanaşır.
O əlavə edib ki, Çin hegemonluq və güc siyasətinin bütün formalarına qəti şəkildə qarşıdır və soyuq müharibə düşüncəsini qəbul etmir.
Bununla yanaşı, Çin Xalq Respublikasının sədri ölkəsinin Tayvanla sülh yolu ilə birləşməyə çalışacağını bəyan edib.
O, eyni zamanda qeyd edib ki, bu problemin güc vasitəsi ilə həlli də istisna edilmir.
DÜNYA XƏBƏRLƏRİ
Çin ABŞ-ın Ukraynadakı əsl planlarını açdı