HADİSƏ

Salyanda yol qəzasında xəsarət alan 9 nəfərin kimliyi məlum olub

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Ötən gün axşam saatlarında Salyan rayonunda iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:
1948-ci il təvəllüdlü Fərəcov Fərhad Məmməd oğlu - Şirvan şəhər sakini, 1958-ci il təvəllüdlü Fərəcova Zemfira Qulamhüseyn qızı - Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mərdiyev Əliş Güloğlan oğlu - Cəlilabad sakini, 1966-cı il təvəllüdlü Kərimli Zeynəb Kərim qızı -Bakı sakini, 1975-ci il təvəllüdlü Abdullayev Nazim İbrahim oğlu - Masallı sakini, 1971-ci il təvəllüdlü Abbasov Şirvan Sərhəd oğlu -Masallı sakini, 1964-cü il təvəllüdlü Hüseynov Əlafət İsabala oğlu - Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Ağayeva Arzu Teymur qızı - Bakı sakini, 1961-ci il təvəllüdlü Əsədov Əyyar Sədat oğlu - Yardımlı sakini.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.