RUSİYA

Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirəcəyi açıqlanıb

Rusiya Dövlət başçısının iştirakı ilə Təhlükəsizlik Şurasının əvvəlki müşavirəsi bazar ertəsi, oktyabrın 10-da baş tutub.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirəcək. Bu barədə “Rossiya” telekanalı məlumat yayıb.
"Prezident yaxın günlərdə Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirəcək", — deyə məlumatda bildirilir.
Müşavirənin keçiriləcəyi dəqiq tarix, eləcə də mövzu haqqında hazırda məlumat yoxdur.
Dövlət başçısının iştirakı ilə Təhlükəsizlik Şurasının əvvəlki müşavirəsi bazar ertəsi, oktyabrın 10-da baş tutub. Putin orada bildirib ki, Rusiya Ukraynanın obyektlərinə yüksək dəqiqliyə malik silahlarla kütləvi zərbələr endirib.
O, həmçinin, Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqudan zərbələrin nəticələri barədə Təhlükəsizlik Şurasının müşavirəsində məruzə etməyi xahiş edib.
RUSİYA
Putin Mərkəzi Banka ölkədən külli miqdarda valyuta çıxarmağa icazə səlahiyyəti verib