DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papa Fransisk yeni dünya nizamının yaradılmasına çağırıb

Fransisk vurğulayıb ki, Ukrayna münaqişəsi Qərbin mərkəzində milyonlarla insanın vicdanını uzun müddətdir mövcud olan humanitar faciənin sərt reallığı ilə üz-üzə qoyub.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Roma Papası Fransisk yeni dünya nizamının yaradılmasına çağırış edib.
"Report" xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.
"Müharibə səmərəsiz bir üsuldur: heç vaxt problemləri həll etmir. Yəmən, Liviya və ya Suriya, bir neçə müasir misal gətirsək, hansı ölkə münaqişələrdən əvvəlkindən daha yaxşı yaşayır?”, - Papa bildirib.
Fransisk vurğulayıb ki, Ukrayna münaqişəsi Qərbin mərkəzində milyonlarla insanın vicdanını uzun müddətdir mövcud olan humanitar faciənin sərt reallığı ilə üz-üzə qoyub.
"Dialoq, danışıqlar, dinləmə bacarığı, diplomatik bacarıq və silahdan çəkindirmək birgəyaşayış sistemi qurmağa qadir olan uzaqgörən siyasətdir", - Roma Papası əlavə edib.