DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadakı münaqişə bir həftəyə həll edilə bilər - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynadakı münaqişə ilə bağlı hər şey ABŞ və Böyük Britaniyanın mövqeyindən asılıdır.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Ukraynadakı münaqişənin bir həftə ərzində həlli mümkündür.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə bir həftə ərzində həll oluna bilər.
"Hər şey ABŞ və Böyük Britaniyanın mövqeyindən asılıdır", - deyə Belarus lideri vurğulayıb.
Onun NBC kanalına müsahibəsindən qısa açıqlamaları BelTA Dövlət İnformasiya Agentliyi yayıb.