BAKI, 15 oktyabr - Sputnik. Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb. 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Soylu partlayışdan sonra 58 mədənçinin xilas edildiyini, 15 nəfərin xilas edilməsi üçün tədbirlər görüldüyünü qeyd edob.
Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də partlayış baş vermiş kömür mədənində 15 nəfərin xilas edilməsi üçün tədbirlər davam etdirilir.
Bundan əvvəl ölkənin Enerji və təbii ehtiyatlar naziri Fatif Dönməz bildirib ki, mədəndə qalan 15 nəfərin yeri müəyyənləşdirilib.