SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dövlətlərinin XİN başçıları İstanbulda toplaşacaq

Dolmabahçe Sarayında keçiriləcək toplantıya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın, eləcə də təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının qatılacağı gözlənilir.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının növbəti toplantısının tarixi məlum olub.
Toplantıya oktyabrın 17-də yerli vaxtla 13:00-da tarixi Dolmabahçe Sarayında start veriləcək.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.
Qeyd edək ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.