RUSİYA

Putinin qərarı ilə bir neçə inkişaf institutuna xüsusi tədbirlər şamil edilməyəcək

Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Asiya İnfrastruktur İnvestisiya Bankı və Yeni İnkişaf Bankı da daxil olmaqla bir sıra inkişaf institutlarını Rusiya Federasiyasının iqtisadi xüsusi tədbirləri çərçivəsindən çıxarıb.
Müvafiq sənəd Hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
"Rusiya Federasiyası Prezidentinin bəzi fərmanlarını tətbiq etmək üçün qərara alıram ki, Rusiya Federasiyası Prezidentinin 28 fevral 2022-ci il tarixli 79 nömrəli "Xüsusi qanunların tətbiqi haqqında" Fərmanının 3-cü bəndində nəzərdə tutulmuş qadağalar, Amerika Birləşmiş Ştatlarının və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar iqtisadi tədbirlər, Asiya İnfrastruktur İnvestisiya Bankına, Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankına, Beynəlxalq İnvestisiya Bankına, Yeni İnkişaf Bankına, eləcə də Rusiya-Qırğızıstan İnkişaf Fonduvə şamil edilmir", - sənəddə deyilir.
Xatırladaq ki, Putin bundan əvvəl Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağanı ləğv edib.