RUSİYA

Putin Ərdoğana başsağlığı verib

A Haber telekanalı yerli hakimiyyət orqanlarına istinadən daha əvvəl yerin 300 metr dərinliyində partlayış baş verən yerdə 115 işçinin olduğunu, onlardan bəzilərinin təxliyə edildiyini bildirib.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin onlarla insanın ölümü ilə nəticələnən kömür mədənində baş verən qəza ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib. Bu barədə Kremlin saytı xəbər verir.
"Hörmətli cənab Prezident, Bartın vilayətində kömür mədənində baş vermiş qəzanın faciəvi nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Zəhmət olmasa, həlak olan mədənçilərin ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimi çatdırın. Eləcə də bütün zərərçəkənlərin tezliklə sağalmasını diləyirəm”, - Putinin başsağlığı məktubunda deyilir.
Türkiyənin şimalında şaxtada partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
A Haber telekanalı yerli hakimiyyət orqanlarına istinadən daha əvvəl yerin 300 metr dərinliyində partlayış baş verən yerdə 115 işçinin olduğunu, onlardan bəzilərinin təxliyə edildiyini bildirib.
SİYASƏT
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib