CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı sakinindən külli miqdarda narkotik götürülüb

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Masallı sakininin üzərində və yaşadığı evdə külli miqdarda heroin aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb. Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə Masallı RPŞ-nin əməkdaşları tərəfindən Z.Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.