SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Türkiyənin Bartin vilayətində kömür mədənində baş verən partlayışlar nəticəsində 28 nəfər ölüb, 11 nəfər yaralanıb.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım, Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Bartın şəhərində baş vermiş partlayışa görə başsağlığı verib.
O, bununla bağlı öz “Twitter“ hesabında paylaşım edib:
“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun”