DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Müdafiə Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri Moskvaya gedəcək

Səfərin məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının iclasında iştirak etməkdir.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyinin və Təhlükəsizlik Şurasının nümayəndələri Rusiyanın paytaxtı Moskvaya gedəcəklər.
Sputnik Ermənistan-ın xəbərinə görə, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri də səfərdə iştirak edəcəklər.
Bildirilib ki, səfərin məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının iclasında iştirak etməkdir.
İclas oktyabrın 17-dən 19-dək keçiriləcək.