ELM

Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb

Fondun nizamnamə fondu 4 157 866 manatdır.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən “Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.
Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.
Fondun nizamnamə fondu 4 157 866 manatdır.
SİYASƏT
Prezident İlham Əliyev Ömər Faiq Nemanzadə ilə bağlı Sərəncam imzalayıb