BAKI, 14 oktyabr — Sputnik. "Praqada dar çərçivədə görüş keçirdik. Bu görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş nairi Viktor Orban da iştirak edirdi".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin Paşinyanla görüşü və bu görüş zamanı Zəngəzur dəhlizinə dair müzakirələrin aparılmasına dair suala cavab verərkən deyib.
"Ondan sonra orada bir də nümayəndə heyətləri ilə görüşdük və təbii ki, bu məsələləri də müzakirə etdik. Amma Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem görmürəm", - deyə Ərdoğan söyləyib.
Türkiyə lideri qeyd edib ki, ölkəsində qısa zaman ərzində beynəlxalq qaz kəmərlərinin qovşağı yaradılacaq: "Beynəlxalq qaz kəmərləri qovşağı qısa vaxt ərzində Türkiyədə yaradılacaq. Bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakiya bölgəsidir. Rusiya prezidenti Vladimir Putinlə birgə energetika nazirlərinə lazımi işləri görməyi tapşırmışıq. Heç bir gecikmə olmayacaq. Bizim əməkdaşlar lazımi danışıqları aparıb dərhal işə başlayacaqlar. Qovşaqın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək"