DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Simonyan KTMT-dən çıxmaq məsələsinə aydınlıq gətirib

Ermənistan parlamentinin spikeri bildirib ki, Rusiyanın hansı formatları təklif etdiyi ilə bağlı müxtəlif müzakirələr gedir və ölkəsi bütün bu formatlara razılıq verib.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Ermənistan KTMT-nin müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
"Rusiyanın hansı formatları təklif etdiyi ilə bağlı müxtəlif müzakirələr gedir, biz bütün bu formatlara razılığımızı vermişik" - deyə Simonyan qeyd edib.
"Bəli, biz KTMT-dən daha kəskin hərəkətlər gözləyirik. Ermənistanda KTMT-nin regiondan çıxa biləcəyindən narahatdır. Onlar deyir ki, Ermənistan KTMT-dən çıxa bilər, başa düşmək lazımdır: KTMT regiondan çıxıbmı?" - Simonyan jurnalistlərə cavabında deyib.
Ötən çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, KTMT Ermənistana öz müşahidəçilərini göndərməyə hazırdır, bunun üçün Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır.
"Ermənistan KTMT-nin fövqəladə sammitini çağırmağı xahiş etdikdən dərhal sonra bu baş tutdu, KTMT-nin baş katibini, birgə qərargahın rəhbərini Ermənistana göndərmək qərara alındı, ora getdilər, tövsiyələr verdilər, bu tövsiyələr bizim əlimizdədir. Bu tövsiyyələr KTMT müşahidəçilərinin monitorinq missiyasını Ermənistan ərazisinə, Azərbaycanla sərhədə göndərməkdən ibarətdir", - Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarda deyib.
O qeyd edib ki, tələb olunan yeganə şey Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır və onu KTMT sədri çağırmalıdır.
"İndi bu, Ermənistan Respublikasıdır, ona görə də sizin vaxtınız olan kimi biz belə bir missiyanı rəsmi şəkildə təsdiqləməyə hazır olacağıq, o, işə başlaya biləcək", - rusiyalı nazir əlavə edib.
Öz növbəsində Mirzoyan qeyd edib ki, Ermənistan müşahidəçiləri gözləyir, lakin belə bir görüş hələlik razılaşdırılmayıb.
Bununla bağlı Lavrov əmin edib ki, Rusiya istənilən vaxt onlayn rejimdə belə bir sessiya keçirməyə hazırdır.
Dünən Avropa İttifaqının texniki qrupunun Ermənistan-Azərbaycan sərhədində monitorinq missiyasının yerlərini müzakirə etmək üçün İrəvana gələcəyi barədə məlumat yayılmışdı.