DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran neft nazirinin müavini: Bu, hər iki tərəf üçün sərfəli sövdələşmə olacaq

İranın neft nazirinin müavini deyib ki, Rusiyadan tədarük olunan qazı ölkənin şimal hissəsi vasitəsilə ala biləcəklər.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Rusiyadan İrana svop tədarükü çərçivəsində qaz Azərbaycan, Ermənistan, Türkiyə, İraq, Pakistan və digər ölkələrə gedə bilər. İranın şimalından nəqlin potensial həcmi sutkada təqribən 50 milyon kubmetr qaz təşkil edir. Bunu RİA Novosti agentliyinə müsahibəsində İranın neft nazirinin müavini Əhməd Əsədzadə deyib.
"Danışıqlar aparılıb, tərəflər razılaşmalarla bağlı fikir mübadiləsi aparıblar, sadəcə icra ilə bağlı bəzi problemlər var ki, bu da tezliklə öz həllini tapacaq və ümid edirəm ki, biz Rusiyadan tədarük olunan qazı ölkəmizin şimal hissəsi vasitəsilə ala biləcəyik. Sonra bu qaz svop tədarükü ilə regionun digər ölkələrinə, məsələn, Azərbaycan, Ermənistan, Türkiyə, İraqa göndərilə bilər, həmçinin İranın cənubuna, qaza ehtiyacı olan Fars körfəzinə, ölkənin şərqinə - Pakistan və digər ölkələrə və ixrac oluna bilər. ", - Əsədzadə bildirib.
O qeyd edib ki, İran bu sahədə Rusiya Federasiyası ilə müxtəlif iş modellərini - svop, ticarət və ya tranzit təklif edə bilər.
"Biz bunun mümkün qədər tez baş tutması üçün çalışırıq. Hazırda təkcə ölkəmizin şimal sərhədləri vasitəsilə əldə edə biləcəyimiz potensial həcm gündə təxminən 50 milyon kubmetr qazdır", - İranın neft nazirinin müavini deyib.
Onun sözlərinə görə, dünyada mövcud vəziyyəti nəzərə alaraq, İran Rusiyaya Yaxın Şərq regionunda böyük tranzit imkanlarına və əla geosiyasi mövqelərə malik ölkə kimi görünür. Əgər Rusiya Federasiyası və İran neft-qaz sektorunda tədarüklə bağlı razılığa gəlsələr, bu, Əsədzadənin fikrincə, hər iki tərəf üçün sərfəli sövdələşmə olacaq.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın deyib ki, Rusiya və İran neft və qazın mübadilə tədarükü üzərində işləyirlər və artıq bunun marşrutları və həyata keçirilməsi mexanizmləri üzərində işləyirlər.