BAKI, 14 oktyabr — Sputnik. MDB ölkələri münaqişə vəziyyətlərindən çıxış yolu axtarmağa "maksimum" səy göstərməlidirlər. "RİA Novosti" yazır ki, bunu MDB ölkələrinin başçılarının sammitində Rusiya Prezidenti Vladimir Putin söyləyib.
O, həmçinin, postsovet məkanında yaranan ziddiyyətlərə münasibət bildirib.
"Əlbəttə, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin bütün müsbət tərəfləri ilə yanaşı, təəssüf ki, bəzən fikir ayrılıqları və münaqişələr meydana çıxır... Əlbəttə, harada olursa-olsun, yaranmış vəziyyətdən çıxış yolunu axtarmağa çalışmaq lazımdır. Fikrimcə, xoş məram, hamıda var, bu xoş məramdan maksimum dərəcədə istifadə etmək lazımdır", - deyə Putin bildirib.
Rusiya rəhbərinin təşəbbüsü ilə Qırğızıstan və Tacikistan Prezidentləri Sadır Japarov və Emoməli Rəhmonla görüş keçirilib. Görüşdə Qırğızıstan-Tacikistan sərhədində aktual məsələlər müzakirə olunub.