RUSİYA

Putin MDB-də elmi-tədqiqat laboratoriyasının yaradılmasını təklif edib

Vladimir Putin bildirib ki, bu laboratoriyanın yaradılması birlik ölkələri arasında bioloji və sanitar təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin inkişafında mühüm addım olacaq.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Rusiya lideri Vladimir Putin "Rusiya-Mərkəzi Asiya" sammitinin gedişatı zamanı MDB infrastrukturu çərçivəsində elmi-tədqiqat laboratoriyasının yaradılması məsələsinə baxmağı təklif edib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya Federasiyası prezidentinin sözlərinə görə, bu laboratoriyanın yaradılması birlik ölkələri arasında bioloji və sanitar təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin inkişafında mühüm addım olacaq.
Bundan əlavə, o, vətəndaşların sağlamlığının təmin edilməsi və MDB-nin texnoloji müstəqilliyinin gücləndirilməsi üçün bir sıra kompleks tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
Bundan əvvəl Putin MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu almasını dəstəklədiyini açıqlamışdı. Rusiya liderinin sözlərinə görə, müvafiq status bir sıra əlavə məsələlərin və tapşırıqların müzakirəsi üçün yeni platforma yaratmağa imkan verəcək.
RUSİYA
Putin Makronun cavabını verdi