NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft hələ 50 ildən artıq bir müddətdə qlobal enerji balansında hökmranlıq edəcək

RF Baş nazirinin müavini Aleksandr Novak bu barədə Rusiya Enerji Həftəsində bildirib.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Neft hələ 50 ildən artıq bir müddətdə qlobal enerji balansında hökmranlıq edəcək. Sonrasını vəziyyət göstərəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bunu Rusiya Enerji Həftəsində bildirib.
"Karbohidrogenlər haqqında deyə bilərəm ki, bu barədə həmişə danışmışam - bizim fikrimizcə, mövcud olan proqnozlar əsasında ... düşünürəm ki, onlar hələ 50 ildən artıq bir müddətdə enerji balansında dominant mövqe tutacaqlar. Ondan sonra necə olacağını isə zaman göstərər", - deyə baş nazirin müavini bildirib.
Oktyabrın 12-14-də Moskvada Rusiya Enerji Həftəsi keçirilir. "RİA Novosti" forumun informasiya tərəfdaşı kimi çıxış edir.
RUSİYA
Novak "Şimal axını"nın bərpası barədə: Heç kəs vaxtı proqnozlaşdıra bilmir