BAKI, 14 oktyabr — Sputnik. NATO-nun oktyabrın 17-30-da keçirdiyi "Mətanətli günorta" adlı nüvə silahının qarşısının alınması üzrə planlı təlimlərində hərbi silahların istifadə olunması planlaşdırılmır. Bunu alyansın mətbuat xidməti xəbər verir.
Təlimlərə NATO-ya üzv olan 14 ölkədən 60-a qədər müxtəlif təyinatlı təyyarənin, o cümlədən bombardmançı, qırıcı, kəşfiyyat təyyarələri və tankerlərin cəlb olunması planlaşdırılır. Təlim uçuşları Belçika, Şimal dənizi və Böyük Britaniya üzərində həyata keçiriləcək.
NATO təlimləri dünyanın hər hansı cari hadisələri ilə bağlı olmayan "gündəlik, təkrarlanan tədris tədbiri" adlandırıb.
Bundan əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NATO-nun nüvə təlimlərinin Rusiya Federasiyasının sərhədlərindən, təxminən, 1000 km məsafədə keçiriləcəyini bildirmişdi.