BAKI, 14 oktyabr - Sputnik. “Son günlər Fransa Prezidenti Emmanuel Makron siyasi etikaya, dövlətlərarası münasibətlər sisteminə sığmayan açıqlamalar verir”.
Bunu deputat Musa Qasımlı Milli Məclisin iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Makronun bu cür bəyanatlarla çıxış etməsinin bir səbəbi var: “Azərbaycan Prezidenti müstəqil siyasət yürüdür və Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Ona görə də belə çıxışlar çox olacaq və belə çıxışları bundan sonra da gözləməliyik. Amma bu çıxışların heç bir nəticəsi olmayacaq. Makron əgər bu açıqlamalarını davam etdirəcəksə, o zaman Fransa bütün Qafqazı itirəcək”.
Milli Məclisin deputatı Fəzail Ağamalı da bildirib ki, Azərbaycan Fransa ilə diplomatik əlaqələrinə yenidən baxmalıdır. Onun sözlərinə görə, Fransa Prezidenti Emanuel Makron şərəf və ləyaqətini erməni pullarına satıb.