PAYTAXT XƏBƏRLƏRİ

Bakıda ticarət obyekti yanır

Məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektində yanğın başlayıb.
Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat daxil olub.
FHN-in "112" qaynar xəttinə" Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdiirlir. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub. 2022-ci ilin I yarımilliyi ərzində Azərbaycanda 933 yanğın hadisəsi baş verib, 37 nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın zamanı 130 nəfər xəsarət alıb: "Bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur".