TƏHSİL

Şagirdlərin yerdəyişməsi başlayır

Nazirlik rəsmisi bildirib ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 17-si saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Xatırladaq ki, 5 sentyabr saat 18:00-da 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılıb.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.