BAKI, 13 oktyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Astanada səfərdədir.
Sputnik Ermənistan xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, onu Astanada beynəlxalq hava limanında Qazaxıstan baş nazirinin müavini Roman Sklyar qarşılayıb.
Qeyd edək ki, oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının sammiti keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev və digər MDB liderləri də sammitdə iştirak üçün Astanaya gediblər.