DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Qərb "sülhməramlıları" odun üstünə yağ tökür

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Münaqişələrin həllində öz sülhməramlı xidmətlərini təklif edən Qərb ölkələri əslində alovun üstünə yağ tökürlər və gərginliyin azaldılmasında maraqlı deyillər. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI sammitində bildirib.

"Köhnə Dünyanı silkələyən münaqişələr şəbəkəsi artıq Asiyaya çatıb. Onların məqsədi münaqişə yaratmaq, hamını bölmək, bazarlara və resurslara nəzarətsiz çıxış əldə etməkdir", - deyə Belarus lideri bildirib.

Qeyd edək ki, əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib.
Zirvə Toplantısında 11 dövlət başçısı - Azərbaycan, Türkiyə, Rusiya, İran, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri, Qətər Əmiri, eləcə də Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikası Sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarus Prezidenti iştirak ediblər.