SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Qazaxıstan lideri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Xatırladaq ki, sonuncu dəfə avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər edib.
"Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik". Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.