DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa qaz kvota sistemini müzakirə edir, lakin mexanizm şübhə doğurur

Bundan əvvəl "Qazprom"un baş direktoru Aleksey Miller anomal soyuq hava şəraitində Avropanın gündəlik, təxminən, 800 milyon kubmetr qaz çatışmazlığının ola biləcəyini söyləmişdi.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Avropa qaz istehlakı üçün kvota sistemini müzakirə edir. Lakin belə bir mexanizm çox şübhəlidir, çünki nə lazımi formula, nə də müvafiq meyarlar var.
Bunu "Qazprom"un baş direktoru Aleksey Miller bildirib.
Bundan əvvəl Miller anomal soyuq hava şəraitində Avropanın gündəlik, təxminən, 800 milyon kubmetr qaz çatışmazlığının ola biləcəyini söyləmişdi. Ona görə də Avropa bazarında çalışan analitiklər, ekspertlər, müvafiq nazirliklər və şirkətlər bunun öhdəsindən necə gəlmək barədə tədbirlər planı hazırlayırlar.
"Birincisi, kvota sisteminin tətbiqi təklif olunur. Kvota sistemi, kvota düsturu olmayanda kvota meyarları da olmur. Və ümumiyyətlə, bu kvota tələblərinə əməl etməyənlərin cəzalandırılması mexanizmi yoxdur", - deyə o, "Rusiya Enerjisi Həftə"sinin beşinci beynəlxalq forumunda çıxışı zamanı bildirib.
"Payız-qış dövrünün ən qızğın çağında bu cür mexanizm çox böyük şübhə doğurur", - deyə A.Miller qeyd edib.
Oktyabrın 12-dən 14-dək Moskvada "Rusiya Enerji Həftəsi" keçirilir. "RİA Novosti" forumun informasiya tərəfdaşı kimi çıxış edir.