BAKI, 12 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı "Qurd və yeddi uşaq" nağılındakı canavarla müqayisə edib.
Belə ki, diplomat Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Rusiyanın guya danışıqlara meyil göstərməməsi ilə bağlı bəyanatını şərh edib. Ağ Ev rəsmisi həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna münaqişəsinin diplomatik yolla tezliklə həllini arzulayır.
"Xatırlayırsan, elə deyilmi? "Uşaqlar, uşaqlar, ananız gəldi, süd gətirdi ... Sadəcə qapını açın və içəri buraxın. Bu, təxminən eyni şeydir", - deyə Zaxarova Sputnik radiosunda bildirib.
O qeyd edib ki, sülhsevər ABŞ Ukraynada "iki anti-konstitusion dövlət çevrilişi" həyata keçirib. Zaxarovanın sözlərinə görə, Kiyevi silahla təmin etməklə və bütün növ hərbi-texniki dəstəyi ödəməklə Vaşinqton sülh elan edir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi belə bir sülhü "İqnobel mükafatı" adlandırıb.
"Bu, çox məntiqsiz bir şeydir", - Zaxarova deyib.
Bundan əvvəl bildirilib ki, Zaxarova ABŞ-ın Ukrayna üzrə sülh danışıqlarına çağırışlarını ikiüzlülük hesab edir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".