RUSİYA

Putinin BƏƏ-nin prezidenti ilə nə danışıb? Peskov açıqladı

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlarda ölkəsi Əbu-Dabinin Ukrayna məsələsində vasitəçilik səylərini davam etdirməsində maraqlıdır.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan danışıqlar zamanı Ukrayna məsələsini müzakirə ediblər. Rusiya tərəfi ölkənin Əbu-Dabinin vasitəçilik səylərini davam etdirməsində maraqlı olduğunu bildirib.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib.
"Biz Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri ilə Ukrayna məsələlərini də müzakirə etdik", - deyə Peskov çərşənbə günü jurnalistlərə bildirib.
O qeyd edib ki, "Rusiya tərəfi Əbu-Dabinin bu məsələlərdə vasitəçilik səylərini davam etdirməsində maraqlıdır".
"Prezident Putin Əmirlikdəki həmkarını (BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan) Zaporojye AES-dəki vəziyyətlə bağlı kifayət qədər təfərrüatlı məlumatlandırıb", - deyə Peskov vurğulayıb.
O diqqətə çatdırıb ki, BƏƏ dəfələrlə "davamlı atəş səbəbindən orada mövcud olan potensial təhlükə" ilə bağlı narahatlığını bildirib.