BAKI, 12 oktyabr - Sputnik. Moskva növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif etmək niyyətindədir. Bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, bu məsələ Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Astanada keçiriləcək görüşü zamanı müzakirə olunacaq.
“Ümid edirik ki, yaxın gələcəkdə bu sammitin keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - deyə Uşakov qeyd edib.
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü, arxiv şəkli
© Sputnik / Mihail Klimentev
/ O, Moskvanın Bakı ilə əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.
“Əlbəttə, biz təkcə ikitərəfli məsələləri deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa hazır olacağıq”, - deyə prezidentin köməkçisi qarşıdan gələn görüşdən danışıb.
Kreml nümayəndəsi vurğulayıb ki, Putinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsi üçün əsasdır.
“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Əsas razılaşmalar 2020 və 2021-ci illərdə bizim ən fəal iştirakımızla əldə olunub”, - deyə Uşakov vurğulayıb.