DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Rusiyaya verdiyi vədlərinin bir hissəsini yerinə yetirmək iqtidarında deyil

Avropa diplomatiyasının rəhbəri müttəfiqlərin sanksiyalar məsələsində birliyinin nə qədər davam edəcəyini təxmin etməyə cəsarət etməyib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Şimali Atlantika Alyansı (NATO) Rusiyaya verdiyi bəzi vədləri yerinə yetirə bilməyib. Avropa diplomatiyasının rəhbəri Jozef Borrel bunu Madriddəki Antverpenli Çarlz Fondunda çıxış edərkən söyləyib. Bu barədə "İzvestiya" yazıb.
Madriddəki Antverpenli Çarlz Fondunda danışarkən, o, NATO tərəfindən pozuntularının "mümkün" olduğunu deyib. Bununla belə, Borrel vurğulayıb ki, bu cür arqumentlər Moskvanın Ukrayna və Donbasda xüsusi əməliyyat keçirməsinə kifayət qədər əsas vermir.
O, həmçinin, əlavə edib ki, Avropa İttifaqının (Aİ) Ukrayna qarşısında ciddi öhdəlikləri var və Aİ bu öhdəlikləri Kiyevə hərtərəfli dəstək verməklə və anti-Rusiya məhdudlaşdırıcı siyasətini genişləndirməklə yerinə yetirir. Borrel müttəfiqlərin sanksiyalar məsələsində birliyinin nə qədər davam edəcəyi ilə bağlı fikir bildirməkdən çəkinib, lakin o əlavə edib ki, Avropa və ABŞ arasında transatlantik əməkdaşlığın gücü artıq gözləntiləri üstələyib.
Fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Prezident Vladimir Putin bu əməliyyatın son məqsədi kimi Donbasın azad edilməsini və Rusiyanın özünün təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasını göstərib.