HƏRBİ

MDB Qərargah Rəisləri Komitəsinin növbəti iclası gələn il Rusiyada keçiriləcək

Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Qulyeviç, Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Erlis Terdikbayev, Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Şuxrat Xalmuxamedov, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov və Tacikistanın Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Rüstəm Cumayev iştirak ediblər.
İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev giriş sözü ilə çıxış edib.
Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
Tədbirdə hərbi əməkdaşlığın cari il üzrə yekun nəticələri, növbəti il üçün inkişaf perspektivləri, həmçinin sülhün və təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
İclasın sonunda yekun protokollar imzalanıb, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının 2023-cü ildə Rusiya Federasiyasında keçirilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev iclasda yekun nitqlə çıxış edib.
Bakıda MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
Xatırladaq ki, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.