RUSİYA

Kreml: Rusiyada yeni səfərbərlik dalğası yoxdur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, hazırda Rusiya Federasiyasında Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirak etmək üçün vətəndaşların yeni səfərbərlik dalğası yoxdur.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Hazırda Rusiya Federasiyasında Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirak etmək üçün vətəndaşların yeni səfərbərlik dalğası yoxdur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, bir sıra qubernatorların yeni səfərbərlik tapşırıqları alması ilə bağlı açıqlamalarını belə şərh edib.
"Yeni dalğa (səfərbərlik) yoxdur. Burada hər bir konkret qubernatorla onların nə demək istədiyini aydınlaşdırmaq lazımdır", - deyə Peskov bildirib.
Bu günlərdə Rostov vilayətinin qubernatoru Vasili Qolubev bölgənin yeni səfərbərlik tapşırığı aldığını və bələdiyyə çağırış komissiyalarının artıq onu yerinə yetirməyə başladığını söyləyib.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Rusiya Federasiyasında qismən səfərbərlik haqqında fərman imzalayıb. Səfərbərlik tədbirləri sentyabrın 21-dən başlayıb. Şoyqu bildirib ki, qismən səfərbərlik çərçivəsində 300 min ehtiyatda olan əsgər çağırılacaq.