SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılış mərasimi keçirilib
Qeyd edək ki, oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. Dövlət başçıları açılış mərasimində çıxış ediblər.
Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılış mərasimi keçirilib
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Bişkekdə Nizami Gəncəvi adına məktəbin açılış mərasimi keçirilib
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.