BAKI, 11 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin həm Ukrayna, həm də ikitərəfli münasibətləri müzakirə etmək üçün cümə axşamı Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bəli, əminlik var, həqiqətən də görüş hazırlanır, lakin sabah yox, o biri gün baş tutacaq", – Peskov jurnalistlərə deyib.
O qeyd edib ki, görüşlə bağlı razılaşma var, mövzu aydındır:
"Mövzu həm Ukraynadır, həm də ikitərəfli münasibətlərdir. Çoxşaxəli və ümumilikdə cari məsələlərlə bağlı fikir mübadiləsi olacaq".
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
© Sputnik / Александр Демьянчук
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".