FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Ovçuluq" ayının bədirlənməsi - Fotolar

Bütün dünya üç gün müddətində payız fəslinin bədirlənmiş ayını müşahidə edə biləcək.
Sputnik
Oktyabrın bədirlənmiş ayı "ovçuluq" ayı adlanır. Cari ildə bu hadisə oktyabrın 9-dan 10-na keçən gecə baş verib. Yerin bu peyki, təxminən, üç gün bu vəziyyətdə olacaq.
Oktyabrın 10-da saat 00.54-də Bakıda Ayın tam fazasını müşahidə etmək mümkün olub.
Qeyd edək ki, bədirlənmiş aya ad vermək ənənəsi müxtəlif xalqlar arasında mövcuddur, lakin bunu ən yaxşı şəkildə Amerika hinduları ediblər. Bədirlənmiş aya payız dövründə ad verənlər onlar olub. Belə ki, hindular həmin dövrü qarşıdan gələn uzun qış üçün ov etmək və ət hazırlığı görmək dövrü hesab ediblər.
1 / 15

"Ovçuluq" ayı Vaşinqtondakı Linkoln Memorialının və Vaşinqton abidəsinin arxasında doğub.

2 / 15

Vaşinqtonda "ovçuluq" ayının doğuşu.

3 / 15

Türkiyənin İstanbul şəhərində Qalata qülləsi - Çamlıca məscidinin arxasından bədirlənmiş ay doğur.

4 / 15

Argentinanın Puerto-Madrin şəhərində ayın doğuşu fonunda balina.

5 / 15

Doğmuş "ovçuluq" ayının qarşısında avtomobil. Şoni, Kanzas ştatı.

6 / 15

Missuri ştatının Kanzas-Siti şəhərinin mərkəzindəki binaların üzərindən "ovçuluq" ayı yüksəlir.

7 / 15

Bədirlənmiş "ovçuluq" ayı Tennessi ştatının Neşvill şəhərində piyada körpüsünün üzərində doğub.

8 / 15

Almaniyanın Verheym şəhərində bədirlənmiş ayın zəif işıqlandırdığı çəmənlikdə atlar otlayır.

9 / 15

"Ovçuluq" ayı "Notr-Dame de Paris" kilsəsinin qarqulyasının arxasında doğub.

10 / 15

Ay Vaşinqtondakı Vaşinqton abidəsinin arxasından doğub.

11 / 15

Küçə musiqiçisi Deniz Martin Tennessi ştatının Neşvill şəhərində "ovçuluq" ayının qarşısında arfa çalır.

12 / 15

Bədirlənmiş "ovçuluq" ayı Moskvada Rus pravoslav kilsəsinin xaçı arxasında doğub.

13 / 15

"Ovçuluq" ayı Vaşinqtondakı Linkoln Memorialının arxasından doğub.

14 / 15

Türkiyənin İstanbul şəhərində Qalata qülləsi - Çamlıca məscidinin arxasından bədirlənmiş ay doğub.

15 / 15

Estoniyanın paytaxtı Tallin şəhərinin mərkəzindəki binaların üzərindən "ovçuluq" ayı doğub.