DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kral III Karlın tacqoyma mərasiminin vaxtı açıqlanıb

Dini mərasim Londonda “Westminster Abbey”də keçiriləcək və mərasimi Kenterberi arxiyepiskopu Castin Uelbi aparacaq.
Sputnik
BAKI, 11 oktyabr - Sputnik. Kral III Çarlzın tacqoyma mərasimi gələn il mayın 6-da keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Bukinqem Sarayı məlumat yayıb.
Dini mərasim Londonda “Westminster Abbey”də keçiriləcək və mərasimi Kenterberi arxiyepiskopu Castin Uelbi aparacaq.
Kral həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə tac taxacaq.
Qeyd edək ki, tacqoyma mərasiminin əvvəlki mərasimlərdən daha təvazökar və daha qısa olacağı ehtimal edilir.
Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. II Elizabet 21 aprel 1926-cı ildə Londonda anadan olub.
Anası Kraliça II Elizabetin ölümündən sonra şahzadə Karl Britaniyanın yeni kralı olub.
Britaniya kralı III Karl oğlu Uilyamı Uels şahzadəsi elan edib.
FOTO
III Karl: "Əbədi" şahzadə Böyük Britaniyanın yeni kralı oldu - foto