Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 11 oktyabr - Sputnik. Ermənistan tərəfi atəşkəs rejimini yenə pozub. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.