DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-ın Ukraynadakı əsl planlarını açdı

"Global Times" yazır ki, ABŞ, xüsusilə, Rusiya Federasiyasının qüvvələrini tükəndirməyə və ona qarşı olan ölkələrin sayını artırmağa çalışır.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Vaşinqton Ukraynadakı münaqişədən hərtərəfli fayda əldə etməyi hədəfləyir. Bunu "Global Times" yazır.
ABŞ, xüsusilə, Rusiya Federasiyasının qüvvələrini tükəndirməyə və ona qarşı olan ölkələrin sayını artırmağa çalışır. Vaşinqton, həmçinin, enerji və təhlükəsizlik sahələrində Avropanın ABŞ-dan asılılığının artırılmasında maraqlıdır.
Bununla əlaqədar olaraq, Amerika hökuməti radikal ritorika ilə "odun üzərinə yağ tökərək" Ukrayna münaqişəsinin dayandırılmasına yol verməməyə çalışır.
"ABŞ münaqişənin qızışmasını məmnuniyyətlə müşahidə edir. Bu münaqişənin inkişafı Ukraynanın həqiqətən də son ukraynalıya qədər döyüşməkdə qərarlı olub-olmamasından deyil, ABŞ-a bunun davam etməsinin lazım olub-olmamasından asılıdır", - deyə məqalədə qeyd edilir.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Vaşinqtonun Ukraynaya silah tədarükünü davam etdirmək niyyəti ABŞ üçün münaqişənin iştirakçısı statusunun möhkəmləndirilməsinə zəmin yaradır.