DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin Qərb liderləri ilə İstanbulda görüşə bilər? Kremldən açıqlama

Kreml Rusiya və Türkiyə prezidentlərinin Astana görüşündə Qərb liderləri ilə görüş məsələsinin müzakirə olunacağını istisna etməyib.
Sputnik
BAKI, 10 oktyabr - Sputnik. Moskva hələ ki, Rusiyanın ABŞ, Fransa, Almaniya və Böyük Britaniya ilə Türkiyədə danışıqların mümkünlüyü barədə siqnal almayıb. Lakin prezident Vladimir Putin bu məsələni Astanada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ətraflı müzakirə edə bilər.
Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"Xeyr, bunu etməyiblər. Hazırda bununla bağlı heç bir konkret məlumat yoxdur", - deyə Peskov brifinqdə belə bir ehtimalla bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
O, həmçinin məsələnin Rusiya və Türkiyə prezidentlərinin Astanada mümkün görüşündə müzakirə oluna biləcəyi ilə bağlı suala da cavab verib: "Bu tamamilə mümkündür".
Peskov Kremlin belə bir görüşün mümkünlüyünə necə baxdığı ilə bağlı sualı cavablandırarkən deyib:
“Bizə belə bir görüşün məqsədini başa düşmək, niyə, kiminlə və belə bir görüşün nəticəsinin nə ola biləcəyini anlamaq lazımdır ki, sonra bəzi qərarları qəbul edə bilək".
"Milliyet” qəzeti yazıb ki, Türkiyə Rusiya, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya arasında Ukrayna ilə bağlı danışıqları təşkil etməyə hazırdır.
Qəzetin yazdığına görə, bu plan artıq Vaşinqtona təqdim edilib və oradan gələn ilk şərhlər guya “çox müsbət”dir.
Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsinin sədri İsmayıl Emrah Karayel danışıqların İstanbulda baş tuta biləcəyini deyib.
Peskov eyni brifinqdə qeyd edib ki, Moskva Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarına dair ABŞ-dan heç bir təşəbbüs görməyib və təklif almayıb. O, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın Ukraynadakı münaqişənin tez bir zamanda həllini istəməsi ilə bağlı dediklərinə dair suala “Xeyr, bu mövzuda heç bir əlaqə olmayıb” deyə cavab verib.
"Çətin ki, bunu (Kirbinin bəyanatını) təşəbbüs adlandırmaq olar", - deyə Peskov bildirib. Əlavə edib ki, "Ukrayna tərəfinin, prezident Zelenskinin hər hansı danışıqlardan imtina etmək barədə kodlaşdırılmış qərarı var".
***
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşücək. Ankaranın Ukrayna ilə bağlı Moskva və Qərb arasındakı danışıqların keçirilməsi təklifini müzakirə edəcəyi istisna olunmur.
Kremlin sözçüsü Dmitri Peskov bunun mümkün olduğunu söyləyib.
“Rusiya Ukrayna ilə bağlı Qərblə danışıqlara dair təkliflər almayıb, hələlik heç bir konkretlik yoxdur, bunun nə ilə nəticələnə biləcəyini anlamaq lazımdır”, - o, deyib.
Qeyd edək ki, Türkiyə tərəfinin Ukrayna ilə bağlı Rusiya ilə Qərb ölkələri arasında danışıqlar təşkil etməsi təşəbbüsü ilə çıxış etməsinə dair məlumatlar yayılıb.